
Vergi məcəlləsinin 227.4.2-ci maddəsinə əsasən topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.Mövzuya misal üzərində baxaq.
Zəngilan rayonunda vergi qeydiyyatına alınmış X MMC tikinti materiallarının topdan satışı ilə məşquldur.X MMC Bakı şəhərində vergi qeydiyyatında olan sahibkara e qaimə göndərməklə tikinti materialı təqdim edib.Bu əməliyyata görə vergi azadolması tətbiq edilməlidirmi?
Mallar (işlər, xidmətlər) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim edildikdə, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac edildiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir.Bu misalımızda da Zəngilan rayonunda fəaliyyət göstərən sahibkar işğaldan azad olmuş ərazidən kənarda fəaliyyət göstərən sahibkara mal təqdim etdiyi üçün vergi azadolması tətbiq edilməyəcək.
Müəllif:Nicat Kazımov
(DipIFRS,ICFM,PMS)