
Bu hal vergi məcəlləsinin 228-ci maddəsində öz əksini tapmışdır.Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır. Bu maddə üzrə ƏDV-nin qaytarılması qaydası və şərtləri bu Məcəllənin 165.5-ci maddəsinə uyğun olaraq müəyyən edilir.Misal üzərində baxaq.
Misal:Feyzulla Zəngilan şəhərində fəaliyyət göstərən mehmanxanada 15 gün qalmışdır və 1800 manat ƏDV daxil pul ödəmişdir.Pulun 1500 manatını nağdsız,300 manatını isə nağd ödəmişdir.
Bu zaman fiziki şəxsin ədv-i aşağıdakı formada geri qaytarılacaq.
Əvvəlcə ədv-li məbləği ədv-siz məbləğə çevirək.
Nağdsız 1500/1,18=1271,19 ƏDV-siz 228,81 manat ƏDV məbləği
Nağd 300/1,18=254,24 ƏDV-siz 45,76 manat ƏDV məbləği
Fiziki şəxsə qaytarılan məbləğ
228,81*30%=68,64 manat
45,76*5%=2,29
Cəm qaytarılacaq məbləğ 70,93 manat(68,64+2,29) olacaq.
Müəllif:Nicat Kazımov
(DipIFRS,ICFM,PMS)