
Uçot siyasəti maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı tətbiq edilən şərtlər və qaydalardır.Uçot siyasətinə məlumat toplusu da demək olar.Uçot siyasəti KOS üçün MHBS-nin 10 nömrəli bölməsində və MUBS 8-də öz əksini tapır.Hər müəssisədə uçot siyasəti fərqlidir,yəni şablon forması yoxdur.
Uçot siyasətinin hər bir müəssisədə tətbiq edilməsi ən önəmli məqamlardan biridir.Müəssisədə baş mühasib və ya maliyyə direktoru dəyişiklikliyindən sonra yeni gələn işçi əvvəlkindən soruşmur müəssisədə uçot hansı formada gedir.O,uçot siyasətini oxuduqdan sonra iş planını hansı formada quracağına özü qərar verir.
Əgər müəssisədə dəqiq bir maliyyə hesabatlarının beynəlxalq standartları yoxdursa bu zaman rəhbər özü uçot siyasətini qura bilər.O onun tətbiqini elə etməlidir ki,o münasib,etibarlı,düzgün təqdimat,neytral,ehtiyatlı,tam olsun.
Münasib-Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə istifadəçilərin iqtisadi qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab olunur.İnformasiyanın münasibliyi onun xarakterinə və əhəmiyyətliliyinə təsir göstərir:
Etibarlı-Faydalı olmaq üçün informasiya etibarlı olmalıdır.
Düzgün təqdimat-Etibarlı olmaq üçün maliyyə hesabatlarında təqdim edilməli olan və ya təqdim edilməsi gözlənilən əməliyyatlar və digər hadisələr üzrə informasiyalar düzgün təqdim olunmalıdır;
Neytral-Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün məlumatlar neytral, yəni, qərəzsiz olmalıdır. Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən təqdim olunan informasiya, onların öncədən müəyyən olunmuş nəticənin əldə edilməsi üçün istifadəçinin qərarına təsir etdikdə, informasiya neytral hesab oluna bilməz;
Ehtiyatlı-qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv və ya gəlirlərin artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının təmin olunması məqsədi ilə diqqətli yanaşmanın tətbiqidir. Qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. Ehtiyatlılıq prinsipinə riayət olunması gizli kapital ehtiyatlarının və həddən artıq həcmdə hesablanmış qiymətləndirilmiş öhdəliklərin yaradılmasını, habelə aktivlərin və gəlirlərin qəsdən azaldılmasına və ya öhdəliklərin və xərclərin qəsdən artırılmasına əsas vermir;
Tam-Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün bu informasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla, dolğun olmalıdır;
Uçot siyasətində dəyişiklik isə MHBS tərəfindən tələb olunduqda və ya yeni tətbiq edilən uçot siyasəti əvvəlkindən daha faydalı olduğu halda dəyişdirilə bilər.
Müəllif:Nicat Kazımov
(DipIFRS,ICFM,PMS,Audit)