
Tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənin 50%-i 2024-cü ilin yanvarın birindən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır.Maddənin şərtinə əsasən nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.Misal üzərində baxaq.
Tibb müəssisəsinin 2024-cü ilin mart ayında ƏDV-siz vergi tutulan ümumi dövriyyəsi 50000 manat olmuşdur.Əhalidən nağdsız qaydada nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə ödənilən məbləğ 20000 manat təşkil etmişdir.Bu halda mart ayı üzrə müəssisənin büdcəyə ödəməli olduğu ədv-ni hesablayaq.
Vergi tutulan dövriyyə ƏDV-siz -50000 manat
Vergi tutulan dövriyyədə nağdsız ödəmə ƏDV-siz -20000 manat
50000 manat -(20000 manat*50%)=40000 manat vergiyə cəlb edilən dövriyyə
40000 manat*18%=7200 manat ƏDV dövlət büdcəsinə ödənəcək.
ƏDV bəyannaməsində məbləğlər bəyannamənin əlavə 3 bölməsinin 301.1.2.6 və nağdsız dövriyyə üzrə 301-4-cü hissəsində əksini tapacaq.
Yuxarıda nəzərdə tutulan nağdsız ödəmələr nəticəsində fərdi sahibkarın və müəssisənin əldə etdiyi gəlirlər həmçinin mənfəət vergisi və gəlir vergisi ödənən zaman da nəzərə alınacaq.Vergi məcəlləsinin 102.1.41 və 106.1.34-cü maddəsinə əsasən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər,müəssisələr tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergilərindən azaddır.
Müəllif:Müstəqil Auditor Nicat Kazımov