
Gəlir maliyyə hesabatlarının beynəlxalq standartlarının 15 nömrəli standartı ilə tənzimlənir.Gəlirləri standarta əsasən üç qurpa bölə bilərik.
- Satış gəlir-Müəssisənin fəaliyyəti zamanı yaranan adi gəlirdir.
- İnvestisiya gəliri – Əsas fəaliyyət hesab edilməyən investisiya fəaliyyəti ilə əlaqədar gəlir sayılır.
- Digər gəlir – Adi və investisiya fəaliyyəti hesab edilməyən digər fəaliyyət ilə əlaqədar gəlir sayılır.
Bəs gəliri tanımamışdan qabaq nə etməliyik?Bunun üçün MHBS 15-in beş mərhələli konsepsiyası mövcuddur.
a) Alıcılarla müqaviləni müəyyən etmək;
b) Alıcılarla müqavilənin yerinə yetirilməsi zamanı öhdəlikləri müəyyən etmək;
c) Tərəflərlə razılaşma qiymətini müəyyən etmək;
d) Müqavilə üzrə yerinə yetirilməli öhdəliklərə razılaşma qiymətinin bölüşdürülməsi;
e) Sonda gəlirin tanınması.
Yuxarıda qeyd edilən bütün meyarlar yerinə yetirilərsə müqavilə 15 nömrəli maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun uçota alınır və Satış Gəlir tanınır.Misal üzərində baxaq.
2024-cü ilin aprel ayında Residence MMC 6 il müddətinə obyektin tikintisi barədə 90 000 manat məbləğində müqavilə bağladı.Satış gəliri yerinə yetirilmə faizinə müvafiq tanınmalıdır. |
Yerinə yetirilmə faizi çəkilmiş məsrəflər əsasında resurs metodu ilə hesablanmalıdır. |
Müəssisənin birinci il üzrə əməliyyatları: |
– 8000 manat məbləğində material, o cümlədən tikintinin 2-ci ilində istifadə ediləcək və anbarda olan 2000 manat məbləğində material alıb; |
– 6000 manat məbləğində işçilər mükafatlandırılıb; |
– FİM 6 ilə bərabər olan 10000 manat dəyərində avadanlıq bu müqavilə üzrə tikintidə tam istifadə olunacaqdır. |
– 1000 man məbləğində səhvlərin düzəlişi üzrə xərclər olub; |
– Müəssisə 2-ci ildə 6000 man məbləğində əlavə resurs əldə edib və tikinti işlərinə sərf edib. |
Birinci ilin sonunda müqavilə üzrə məcmu xərclər 60000 man məbləğində qiymətləndirilirdi.
İkinci ilin sonuna bu xərclər 62000 manatadək yenidən qiymətləndirildi. |
Birinci və ikinci il üzrə müəssisənin satış gəlirini hesablayaq.
Müəssisə resurs metodu ilə işlədiyi üçün xərclər artan yekunla toplanacaq.Əvvəlcə birinci ilin gəlirini hesablayaq. (8000-2000(ikinci ildə istifadə olunacaq mallar)+6000+1667(amort 1-ci il))/60000*90000=20500,5 man (1-ci ilin gəliri) İkinci il üzrə hesablama (8000+6000+1667(amort 1-ci il)+ 1667(amort 2-ci il)+6000)/62000*90000=33872 man İkinci ilin gəliri isə 33872-20500,5=13371,5 man olacaq. İki il üzrə müəssisənin ümumi gəliri 20500,5+13371,5=33872 man olacaq.Resurs metodu gəlirin hesablanmasında ən çox istifadə edilən metoddur. Gəlirlərin hesablanması zamanı bizə diskont düsturu da lazımdır.Diskont düsturu sadə və mürəkkəb olmaqla ikiyə ayrılır.Sadə diskont düsturu PV=FV*1/(1+i)n,mürəkkəb diskont düsturu PV=FV*(1-(1/(1+i)n)/i PV-present value (indiki dəyər) FV-Future value (gələcək dəyər) i-effektiv faiz dərəcəsi n-dövrlərin sayı Gələcək dövrlərdə daxil olan pul vəsaitlərinin dəyərini satış gəlirin tanındığı günə bilmək üçün diskont düsturlarından mütləq istifadə edilməlidir. Müəllif:Müstəqil Auditor Nicat Kazımov |