
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
Misal- Fiziki şəxs MTK-dan kvadratı 1500 man olan 800 kvm yaşayış sahəsi olan mənzil əldə etmişdir.Həmin mənzil üçün 1200 000 manat (ƏDV-li) nağdsız qaydada ödəniş etmişdir.Fiziki şəxs olan istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin ona qaytarılan məbləği nə qədər olmalıdır?
Əvvəlcə fiziki şəxsin nağdsız dövriyyə üzrə ödədiyi əsas və ƏDV məbləğini müəyyən edək.
1200 000/1,18=1 016 949,15 manat əsas məbləğ
1 016 949,15*18%=183050,85 manat ƏDV məbləğ
Vergi məcəlləsinin 165.6-cı maddəsinə əsasən ƏDV-nin qaytarılması istehlakçının aldığı yaşayış sahəsinin 500 kvm-nə tətbiq edilir.
500kvm*1500=750 000man *18/118=114406,78 ƏDV
Qaytarılacaq ƏDV məbləği 114406,78*30%=34322,03 manat.
Beləliklə istehlakçıya ödədiyi ƏDV məbləğindən 34322,03 manat qaytarılmalıdır.
Müəllif:Müstəqil Auditor,Peşəkar Mühasib Nicat Kazımov